Avstraliya prezident Zelenskinin xahişi ilə Ukraynaya öz istehsalı olan zirehli maşınlar göndərəcək.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə aprelin 1-də baş nazir Skott Morrison məlumat verib.
Avstraliyanın baş naziri bildirib ki, biz təkcə dualarımızı göndərmirik, həm də silah-sursatlarımızı, humanitar yardımlarımızı göndəririk: “İndi isə zirehli texnika göndərmək qərarını verdik”.
Baş nazir Morrisonun sözlərinə görə, Avstraliya “Bushmaster” zirehli transportyorlarını Ukraynaya C-17 təyyarələri ilə göndərəcək.
Siyasətçi silahların Ukraynaya nə vaxt və hansı miqdarda çatdırılacağını dəqiqləşdirməyib./visiontv.az
