Avstraliya hökuməti Rusiyadan idxal edilən mallara 35 faiz rüsum tətbiq edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Rusiya və Belarusdan ölkəyə idxal edilən bütün mallara 35 faiz rüsum tətbiq edib. Bu barədə Avstraliya hökumətinin başçısı məlumat verib.
Yaponiya da Rusiyadan idxal olunan mallara görə rüsumların artırılmasını qarşısına məqsəd qoyub. Belə ki, hökumət odun üçün idxal rüsumlarını 4,8 faizdən 8 faizə, qızılbalıq və kürüyə görə 3,5 faizdən 5 faizə, xərçəng və digər bu kateqoriyadan olan dəniz məhsulları üçün isə 4 faizdən 6 faizə qədər artıra bilər.
Yaponiya hökumətinin Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyduğu haqda da məlumatlar yayılıb. Qadağa aprelin 5-dən qüvvəyə minəcək.
Yaponiya hökumətinin lüks mallar siyahısına əsasən premium avtomobillər, qiymətli daşlar və digər bahalı mallar daxildir.
MÜşviq Tofiqoğlu,
KONKRET.az
