Avtobus qəzasında yaralanan şəxslərlə bağlı AÇIQLAMAbackend

Avtobus qəzasında yaralanan şəxslərlə bağlı AÇIQLAMA

19.05.2024-cü il tarixində saat 15:15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər Kliniki Tibbi Mərkəzə Hospitalizasiya olunub.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.

Onlardan 67 yaşlı (qadın cinsli) şəxsə sağ çiyin nahiyəsinin travması, 62 yaşlı (qadın cinsli) şəxsə isə çənənin kəsilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

2 nəfərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*