Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Zümürxan kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu, 1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
