Avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildibackend

Avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a qurumdan məlumat verilib.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Hyundai” markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*