Avtomobildən yıxılan qadının başı dəmir-betona çırpıldı və öldübackend

Avtomobildən yıxılan qadının başı dəmir-betona çırpıldı və öldü

Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çırpılıb, hadisə yerində ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çırpılıb.

Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*