Avtovağzalda oxu məntəqələri yaradıldıbackend

Avtovağzalda oxu məntəqələri yaradıldı 

Bakı Beynəlxalq Avtovağzal Kompleksində istifadəçilər üçün oxu məntəqələri yaradılıb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, oxu məntəqələrinin təşkil olunması “Libraff” Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Avtovağzalın iki gözləmə zalında kitabxana tipli məntəqələr yerləşdirilib.

Bu məntəqələrin ərsəyə gətirilməsində məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir. Bu məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar  toplanılıb. Hər yaşda olan sərnişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar. Oxu zallarında balacalar üçün də səmərəli şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*