AvtoVAZ istehsalı tamamilə dayandırıb. Bu, elektron komponentlərin olmaması ilə əlaqədardır.
KONKRET.az xəbər verir ki, bunu AvtoVAZ-ın sözçüsü Sergey İlyinski bəyan edib. O bildirib ki, istehsalın dayandırılmasından “bir növ sensasiya” yaratmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, bütün dünyada elektron komponentlərin kifayət qədər olmaması səbəbindən vaxtaşırı nələrinsə istehsalı qalxır, nələrinsə aşağı düşür.
İstehsalın bərpasının dəqiq vaxtı məlum deyil.
Xuraman Etibarlı
KONKRET.az
