Axtarışda olan 275 nəfər saxlanıldıbackend

Axtarışda olan 275 nəfər saxlanıldı

Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 275, o cümlədən borclu şəxs qismində axtarışda olan 243 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*