Aybəniz Haşımovadan kədərli paylaşım – Canından keçmiş igid Xalid Quliyev – FOTObackend

Aybəniz Haşımovadan kədərli paylaşım - Canından keçmiş igid Xalid Quliyev - FOTO

Əməkdar artist Aybəniz Haşımova şəhid olmuş həyat yoldaşı ilə fotosunu paylaşıb.

KONKRET.AZ xəbər verir ki, o, həyat yoldaşı ilə olan fotosunu “İnstagram” səhifəsində yayımlayıb.

“90-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz, Azərbaycanın Qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyev. Məhz 20 yanvar Şəhidlərinin yasın tutur. Baxmayaraq ki, məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də. Yenə də o günü bax beləcə getdi o, toya. Onu, düz deyirlər “niyyətin hara, mənzilin də ora”.

Hər dəfə bu şəklə baxanda adamın ürəyi param-parça olur. O, dövrün oğlanları başqa idi. Gənclərimiz məndən inciməsin. O, dövrün oğlanları başqalarından ötrü canını fəda edirdilər. Necə ki, etdi. Ən dəhşətlisi isə o, sevgisini mənə məhz şəhidlərin 40-cı günü etiraf etmişdi. Sanki, hər şeyi özü bilirdi. Ancaq, ən dəhşətlisi də hazırda özü mənə göstərdiyi, Şəhidlər xiyabanındakı, 3 cü, sırada uyuyur.

Allah bütün Şəhidlərimizə rəhmət etsin, yerləri behişt olsun”,- deyə əməkdar artist fotosunu şərh edib.

Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*