Ayətullahın bu fotosu gündəm oldu – FOTObackend

Ayətullahın bu fotosu gündəm oldu - FOTO

İranın Ekspertlər Şurasının 96 yaşlı sədri Ayətullah Əhməd Cənnətinin fotosu sosial şəbəkələrdə gündəm olub.

KONKRET.az xəbər verir ki, iranlı tənqidçi jurnalist və islahatçılar qanadına mənsub siyasi şərhçi Abbas Əbdi Ayətullah Əhməd Cənnətinin fotosunu sosial şəbəkə hesabında paylaşaraq, “Bugünkü İranda güc strukturunun əsl mənzərəsi” yazıb.

Fotodan belə görünür ki, İranın Ekspertlər Şurasının 96 yaşlı sədri müstəqil şəkildə hərəkət edə bilmir və o, 3 nəfərin köməkliyi ilə səhnəyə çıxarılır.

Qeyd edək ki, Əhməd Cənnəti 1980-ci ildən Konstitusiyanı Qoruma Şurasının üzvü, 1992-ci ildən isə sədridir. O, 2016-cı ildən Ekspertlər Şurasına də sədrlik edir. Bu səbəbdən Əhməd Cənnəti İran siyasətini formalaşdıran əsas şəxslərdən biri hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*