Balakəndə şəhəri “gəzməyə çıxan” ayı yolla gedən şəxsi DİŞLƏDİ – YENİLƏNİB + VİDEObackend

Balakəndə şəhəri "gəzməyə çıxan" ayı yolla gedən şəxsi DİŞLƏDİ - YENİLƏNİB + VİDEO

Balakəndə şəhəri “gəzməyə çıxan” ayı balalarından biri yolla gedən şəxsin üstünə hücum edib.

KONKRET.az-ın əldə etdiyi özəl görüntüdən aydın olur ki, ayı balası həmin şəxsi dişləyib.

Videonu təqdim edirik:

***

12:38

Günorta saatlarında Balakən rayon mərkəzinin avtomobil yolunda dolaşan ayı balaları sakinləri qorxuya salıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntüləri qeydə alan sakinin sözlərinə görə, 3-4 yaşlı qonur ayı balaları təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Balakənin Mahamalar kəndində görünən qonur ayı balaları meşəyə qayıdıb.

A.Səmədova qeyd edib ki, ayı balaları kəndə yaxın meşəlik ərazidən yollarını azaraq gəliblər və onların qida axtarışında olduqları güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*