Azad edilmiş ərazilərdə 1 992 mina AŞKARLANDIbackend

Azad edilmiş ərazilərdə 1 992 mina AŞKARLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqust ayında aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*