AZAL Avropanın mədəni və tarixi mərkəzi Vyanaya uçuşlara başlayırbackend

AZAL Avropanın mədəni və tarixi mərkəzi Vyanaya uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə KONKRET.az-a AZAL-dan bildirilib.

Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*