AZAL-dan tələbələrə güzəşt – RƏSMİbackend

AZAL-dan tələbələrə güzəşt - RƏSMİ

Türkiyədəki zəlzələdən sonra ölkədə verilən qərara əsasən, dərslər distant formada davam etdiriləcək. Dərslərin onlayn qaydada keçirilməsi azərbaycanlı tələbələrin geri qayıtmasını şərtləndirib.

Belə olan halda Azərbaycan-Türkiyə istiqamətləri üzrə uçuşlarda tələbələr üçün güzəştlər gözlənilirmi?

KONKRET.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin Türkiyə istiqamətləri üzrə bütün reyslərində tələbə-sərnişinlərə cərimə tətbiq edilmədən biletin dəyərinin tam şəkildə geri qaytarılmasına və ya yenidən ödənişsiz bron edilməsinə icazə verilir.

Bu addım Türkiyə Ali Təhsil Şurasının ölkədə baş vermiş zəlzələlərin nəticələri səbəbindən yaz semestrində tələbələrin distant təhsilə keçməsi qərarına əsaslanır.

Belə ki, 31 mart 2023-cü il tarixinədək müraciət etməklə, 16 fevral tarixinə qədər rəsmiləşdirilmiş və gediş tarixi 7 fevral – 30 iyun 2023-cü il olan aviabiletləri ödənişsiz və cərimə tətbiq edilmədən yenidən təxsis edə və ya qaytara bilərsiniz.

Bununla bağlı sərnişinlər tələbə biletini təqdim edərək AZAL-ın satış ofislərinə və ya [email protected][email protected] elektron ünvanlarına müraciət edə bilərlər”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*