Azarkeş futbolçuya hücum etdi: Matç təxirə salındı – VİDEObackend

Azarkeş futbolçuya hücum etdi: Matç təxirə salındı - VİDEO

Fransa II Liqasının “Bordo” – “Rodez” matçı futbolçuya hücuma görə yarımçıq qalıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, insident “Bordo” klubunun doğma arenasında “Rodez”lə oyun zamanı baş verib.

Belə ki, matçın 22-ci dəqiqəsində qonaq komandanın futbolçusu hesabı açıb. Bundan sonra “Bordo” azarkeşi meydançaya qaçaraq oyunçulardan birini itələyib.

Hücumdan sonra hakimlər oyunu dayandırmaq qərarına gəliblər. Daha sonra azarkeşin hərəkəti Fransa Peşəkar Futbol Liqasında pislənilib. Məhkəmənin baxış iclası iyunun 5-nə təyin edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*