Azərbaycan bu ay “Euro-5” markalı avtomobil benzininin istehsalına başlayırbackend

Azərbaycan bu ay “Euro-5” markalı avtomobil benzininin istehsalına başlayır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

“Zavod 2023-cü ilin may ayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda BNEZ “Euro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır”, – şirkət qeyd edib.

SOCAR-ın məlumatına görə, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib.

Bildirilib ki, son 70 ildə zavod 370 milyon ton neft emal edib.

Xatırladaq ki, 2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib.

2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98 % (2022-ci ildə – 96,3 %) təşkil edib.

Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.

BNEZ-in illik emal gücü hazırda 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə görə, zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emal edilməsi üçün nəzərdə tutulub. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.

Modernləşdirmə başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*