Azərbaycan HHQ-nin bu gün nə təyyarəsi, nə helikopteri, nə də PUA-sı vurulub – RƏSMİbackend

Azərbaycan HHQ-nin bu gün nə təyyarəsi, nə helikopteri, nə də PUA-sı vurulub - RƏSMİ

“Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə, iki helikopter və altı PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb:

“Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi, ümumiyyətlə, havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*