Azərbaycan millisi Küveytə qalib GƏLDİbackend

Azərbaycan millisi Küveytə qalib GƏLDİ

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*