Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları, yaxud 0,49 % azalıb.
KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neft hazırda 94,20 ABŞ dollarına satılır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
