Azərbaycan Ordusu Ermənistana dəhşət yaşadır – Jdanovbackend

Azərbaycan Ordusu Ermənistana dəhşət yaşadır – Jdanov

Dağlıq Qarabağdakı hərbi fəaliyyəti analiz edəndə görürük ki, bir tərəfdə yüksək texnologiya ilə vuruşan müasir Azərbaycan Ordusu, digər tərəfdə isə SSRİ-nin 80-ci illərinin köhnə ordusu var. Burda hətta “hansı ordu güclüdür” sualı belə aktual deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ukraynalı hərbi analitik Oleq Jdanov deyib.

“Hətta Ermənistan silahlı qüvvələrinin 1960-70-ci illərin bir qədər kamuflyaj olunmuş dəbilqəsindən istifadəsi artıq çox şey deyir. Onların döyüş texnikası da köhnə sovet taktikası ilə müqayisə edilə bilər”, – o bildirib.

Ukraynalı analitikin sözlərinə görə, ermənilər son 30 ildəki konfliktlərdən nəticə çıxarmalı idilər – xüsusilə Suriya və Ukraynadakı müharibədən:

“Bu gün artilleriyanın sadə səngərdə mövqe tutması – faktiki olaraq məğlubiyyət deməkdir. Ermənistan ordusu mobil hərbi fəaliyyətin nə olduğunu bilmir”.

Oleq Jdanov bu savaşda Azərbaycan Silahlı Qüvvələrinin olduqca parlaq təsir bağışladığını da qeyd edib:

“Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur. Bu, gələcəyin taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu sözün birbaşa mənasında Ermənistan ordusuna dəhşətli kabus yaşadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*