Azərbaycan Ordusunda taktiki təlim keçirildibackend

Azərbaycan Ordusunda taktiki təlim keçirildi

2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib.

KONKRET.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*