Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşdübackend

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşdü

Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*