Azərbaycan Premyer Liqası: “Qarabağ” “Səbail”i darmadağın etdibackend

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

KONKRET.az-ın məlumatına görə, turun açılış matçında “Qarabağ” “Səbail”i qəbul edib. “Azersun Arena”da keçirilən görüş “köhlən atlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab erkən qolla açılıb. 3-cü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. 53-cü dəqiqədə Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. 3 dəqiqə sonra yenidən səhnəyə çıxan Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. 62-ci dəqiqədə “dənizçilər” hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. 86-cı dəqiqədə rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 49-a çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 11 xalı olan “Səbail” isə sonuncu – 8-ci pillədə qalıb.

Günün ikinci matçında “Sumqayıt” evdə “Sabah”la qarşılaşacaq.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi” – “Zirə” matçları ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*