Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri görüşəcəkbackend

Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri görüşəcək

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.

KONKRET.az xəbər verir ki, konfrans zamanı Çavuşoğlu bu yaxınlarda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərin görüşünün keçiriləcəyini açıqlayıb.

“Türkiyə, Azərbaycan və İran Xarici İşlər nazirləri və liderlər səviyyəsində görüşləri həyata keçirmək üçün hazırlıqları bu gün başlatmış olduq”, – deyə o qeyd edib.

İran XİN rəhbəri də görüşü təsdiqləyib:

“İnşallah yaxın zamanda İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin İranda görüşü baş tutacaq. İran və Türkiyənin Qafqazdakı əməkdaşlığı bölgə xalqlarının və ölkələrinin xeyrinə olacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*