“Azərbaycan Türkiyəyə hərbi yardım üçün müraciət etməyib” – Mövlud Çavuşoğlubackend

"Azərbaycan Türkiyəyə hərbi yardım üçün müraciət etməyib" - Mövlud Çavuşoğlu

“Azərbaycan Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar olaraq Türkiyəyə hərbi yardım istəməyib, lakin zərurət yarandıqda Ankara bu yardımı göstərəcək”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İtaliyaya səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Qoy Ermənistan Qarabağdan çıxsın. Biz azərbaycanlılarla bir millətik və onlara yaxın olmağımızdan daha təbii bir şey yoxdur. Azərbaycanın öz torpaqları üçün müstəqil şəkildə mübarizə aparmaq potensialı var. Biz onlardan hərbi yardım üçün heç bir müraciət almamışıq. Ancaq belə bir istək olarsa, biz buna müsbət cavab verəcəyik”,- deyə Çavuşoğlu qeyd edib.

XİN rəhbəri sülhün hər kəs üçün, ilk növbədə Ermənistanın özü üçün faydalı olacağını bildirib.

“Ermənistanı dəstəkləyənlər onu Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalıdır”,- deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*