Azərbaycan və Avropa ölkələrində benzinin qiyməti – SİYAHIbackend

Azərbaycan və Avropa ölkələrində benzinin qiyməti - SİYAHI

Əvvəlki aylarda olduğu kimi aprel ayında da Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur.

KONKRET.az yeniavaz.com-a istinadən xəbər very ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,54 avro (1,09 manat) təşkil edir.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,85 avroya (3,74 manat) satılır.

Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1 manat 25 qəpiyə (0,63 avro) bərabərdir.

Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə var – Rusiya, Belarus. Ermənistanda isə “Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla eyni səviyyədədir.

“Autotraveler” portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aprel ayında aşağıdaki kimi olub:

Rusiya – 0,54 avro
Belarus – 0,61 avro
Ermənistan – 0,63 avro
Azərbaycan – 0,63 avro
Gürcüstan – 0,69 avro
Türkiyə – 0,74 avro
Ukrayna – 0,87 avro
Moldova – 0,92 avro
Rumıniya – 1,01 avro
Bolqarıstan – 1,06 avro
Bosniya və Herseqovina – 1,07 avro
Şimali Makedoniya – 1,09 avro
Polşa – 1,14 avro
Andorra – 1,15 avro
Kipr – 1,16 avro
Macarıstan – 1,17 avro
Albaniya – 1,18 avro
Sloveniya – 1,18 avro
Çexiya – 1,20 avro
Avstriya – 1,21 avro
Litva – 1,23 avro
Sebiya – 1,28 avro
Lüksemburq – 1,28 avro
Latviya – 1,29 avro
Monteneqro – 1,30 avro
İspaniya – 1,31 avro
Slovakiya – 1,33 avro
Malta – 1,34 avro
Xorvatiya – 1,35 avro
Estoniya – 1,39 avro
İslandiya – 1,41 avro
İrlandiya – 1,45 avro
Böyük Britaniya – 1,47 avro
İsveçrə – 1,49 avro
Belçika – 1,50 avro
Danimarka – 1,52 avro
Fransa – 1,52 avro
İsveç – 1,53 avro
Almaniya – 1,53 avro
Yunanıstan – 1,60 avro
Norveç – 1,61 avro
İtaliya – 1,62 avro
Finlandiya – 1,62 avro
Portuqaliya – 1,66 avro
Niderland – 1,85 avro

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*