Mərakeş tarixində İLK: Qadın hökumət başçısı təyin edildibackend

Mərakeş tarixində İLK: Qadın hökumət başçısı təyin edildi

Mərakeş Kralı VI Məhəmməd Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib və ona yeni kabineti formalaşdırmağı tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Mərakeş dövlət televiziyasına istinadən xəbər verir.

Məlumata əsasən, əl-Mənsuri krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.

Sentyabrın 23-də Mərakeşdə parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçki keçirilib. Seçkinin yekunlarına görə, hakim koalisiyaya daxil olan “Sədaqət və Müasirlik” Partiyası qələbə qazanıb. Mərakeşin 2011-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən, kral baş naziri parlamentdə ən çox yer qazanan partiyadan təyin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*