Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblərbackend

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər

Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

KONKRET.az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*