Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi TARİX bəlli oldubackend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi TARİX bəlli oldu

Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Konkret.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*