Azərbaycan və Türkiyə hərbçiləri şərti düşməni məhv etdi – VİDEObackend

Azərbaycan və Türkiyə hərbçiləri şərti düşməni məhv etdi - VİDEO

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Müdafiə Nazirliyindən KONKRET.az-a bildirilib ki, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*