“Vətəndaşlarımızın xarici ölkələrə səfərləri ilə bağlı hər hansı məhdudiyyətlər movcud deyil”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva Operativ qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı bildirib.
“Pandemiya dövründə əgər vətəndaşların gedəcəyi ölkələrdə onların qəbul edilməsinə məhdudiyyətlər yoxdursa, həmin vətəndaşların xarici səfəri təmin olunur”, deyə L.Abdullayeva deyib.
