Azərbaycan Yüksəliş Partiyasının 1 yaşı təntənə ilə qeyd olundu – VİDEObackend

Azərbaycan Yüksəliş Partiyasının 1 yaşı təntənə ilə qeyd olundu - VİDEO

“Hürriyyət havasını tənəffüs edək”. Özündə çox böyük mənanı birləşdirən bu ifadə 1 yaşlı Azərbaycan Yüksəliş Partiyasının sloqanıdır. Cəmi 1 yaşı olmasına baxmayaraq, AY Partiya bu böyüklüyündə ifadənin ağırlığını öz çiyinlərində uğurla daşıyır.

Partiyada Başqan Anar Əsədli başda olmaqla, hər kəs Hürriyyət havası ilə nəfəs alır və Böyük TURAN eşqi ilə alışıb-yanır. Bir yaşını böyük təntənə ilə qeyd edən Azərbaycan Yüksəliş Partiyası bayram əhval-ruhiyyəli tədbirində də Hürriyyət havasını yaşatmağa çalışdı. Proqrama uyğun olaraq tədbirin birinci hissəsi müxtəlif mövzuları əhatə edən treninqlərlə başladı. Media-siyasi partiya münasibətləri, ziyalıların, qadınların, gənclərin siyasi həyatda rolu, partiyaların seçkilərə hazırlığı, dövlətin xarici siyasətində partiyaların əhəmiyyəti və digər mövzuları əhatə edən treninqlərdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, siyasi ekspert Nazim Cəfərsoy və yazıçı İlqar Rəsul məruzə ilə çıxış etdilər.

Siyasi partiyaların mətbuat orqanlarının formalaşdırılması tarixini, partiyaların seçkiyə hazırlıq prosesini, ziyalılarını yetişdirə bilmək bacarığını və digər mövzuları özündə əks etdirən treninqlərə partiyanın Başqanlıq və Siyasi Heyəti, eləcə də Baş Məclis və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri qatıldılar. Təlimçilərə ünvanlanan sualların cavablandırılması ilə tədbirin birinci hissəsinə yekun vuruldu.
Tədbirin ikinci hissəsində partiyanın birilliyindən irəli gələn əsl bayram ab-havası daha çox hiss olundu. Öncə Azərbaycanın dövlət himni səsləndirildi. Ziyafət süfrəsi ətrafında davam edən məclisi giriş nitqi ilə açan Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli belə bir əlamətdar gündə yanında olan hər kəsə öz təşəkkürünü bildirdi. Daha sonra ziyafət məclisində öz ürək sözlərini demək istəyən media nümayəndələrinin təbrik xarakterli çıxışları dinlənildi. Tədbir gözəl müsiqi ifalarının səsləndirilməsi ilə yekunlaşdı.

KONKRET TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*