Azərbaycana qonaq gələn Rusiya vətəndaşları Qusarda qəzaya düşdübackend

Azərbaycana qonaq gələn Rusiya vətəndaşları Qusarda qəzaya düşdü

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, “Toyota Corolla” markalı avtomobildə olan Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşları yolda maşını aşırıb.

Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların yüngül xəsarətlər aldığı bildirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisəyə qarlı hava şəraiti və yolun sürüşkənliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*