Azərbaycana turist axını kəskin şəkildə artdıbackend

Azərbaycana turist axını kəskin şəkildə artdı

Bu ilin yanvar-may aylarında Azərbaycana 965 556 xarici vətəndaş səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur. Təkcə may ayında ölkəyə 239 272 nəfər gəlib. Bu da ötən ilki göstəriciyə nisbətən 26% çoxdur.

Qeyd olunub ki, may ayında Azərbaycana ən çox turist 68,8 min nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (37,5 min), 3-cü yerdə isə Hindistan (29,7 min) qərarlaşıb.

Bu dövrdə İrandan 19,4 min, Gürcüstandan 8,7 min, Qazaxıstandan 6,9 min, Səudiyyə Ərəbistanından 6,6 min, Pakistandan 5,8 min, Çindən 4,7 min, Özbəkistandan 3,9 min, İsraildən 3,3 min, Ukraynadan 3,2 min, Koreya Respublikasından 2,9 min, Türkmənistandan 2,8 min, Belarusdan isə 2,7 min turist gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*