Azərbaycanda 14 xəstəxanada orqan köçürülməsi həyata keçirilir – SİYAHIbackend

Azərbaycanda 14 xəstəxanada orqan köçürülməsi həyata keçirilir - SİYAHI

Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.

KONKRET.az xəbər verir ki, hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.

Həmin xəstəxanaların siyahısını təqdim edirik:

1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası böyrəklər
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası
3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi
4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi gözün buynuz qişası
5. Mərkəzi Neftçilər Xəstəxanası qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası
6. “Mərkəzi Klinika” MMC böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
7. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

 

8. Milli Hematologiya və Transfuziologiya Mərkəzi sümük iliyi
9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası qaraciyər, böyrəklər
10. “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
11. “Dünya Göz Azərbaycan” MMC gözün buynuz qişası
12. Bakı Sağlamlıq Mərkəzi qaraciyər, ağciyər, böyrəklər
13. Baku Medical Plaza ağciyər
14. Bona Dea Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*