Sabirabadda intihar hadisəsi qeydə alınıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib.
Qeyd edək ki, S.Hüseynova 2 uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.