Bakıda 23 yaşlı oğlan itkin düşüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Rayon sakini, 1977-ci il təvəlüldü Təranə Rəhimova polisə ərizə ilə müraciət edərək oğlu, 1997-ci il təvəllüdlü Röyal Rəhmanzadənin yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
