Azərbaycanda neçə nəfərə sümük iliyi köçürülüb?backend

Azərbaycanda neçə nəfərə sümük iliyi köçürülüb?

2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 8 may – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır.

Zaur Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq, ödənişsiz həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*