Azərbaycanda bu institutun rəhbərliyi dəyişdirildibackend

Azərbaycanda bu institutun rəhbərliyi dəyişdirildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-yə yeni direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, bu, Cahid Qədirlidir.

O, institutun rəhbərliyində Ramin Vəliyevi əvəz edib.

Xatırladaq ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*