“Azərbaycanda bu şəxslərin vaksinasiyası MƏCBURİ OLMALIDIR”backend

"Azərbaycanda bu şəxslərin vaksinasiyası MƏCBURİ OLMALIDIR"

“Say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanda əhalinin peyvəndlənmə prosesində aktiv olmamasına münasibət bildirərkən tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib:

“İsraildə peyvəndlənmə könüllüdür, amma bu ölkədə əhalinin 80 faizi artıq vaksinasiya olunub. Nəticədə İsraildə çoxsaylı məhdudiyyətlər götürülüb. Azərbaycanda isə 1,4 milyon, yəni cəmi, 14 faiz insan ümumi vaksinasiyadan keçib. Görünən odur ki, ölkəmizdə insanlar vaksinasiya olunmaq istəmir. Eyni zamanda maska taxmaqdan da qaçmağa çalışır, sərt karantinin də əleyhinə çıxırlar. Belədə isə könüllülük prinsipi gözlənilən nəticəni vermir”.

Mövcud vəziyyəti nəzərə alan həmsöhbətimiz bütövlükdə deyil, bəzi sahələr üzrə vaksinasiyanın məcburi olmasını dəstəkləyib: “Vaksinasiyanın məcburi olması ilə bağlı səslənən təklifləri müəyyən qədər dəstəkləyirəm. Müəyyən sahələr üzrə proses məcburi olmalıdır. Məsələn, məcburi vaksinasiya müəllimlərə şamil edilməlidir. Müəllimlər şagirdlərlə işləyir və bu zaman kütləvilik yaranır. Habelə səhiyyə sahəsində çalışanlar da məcburi vaksinasiyadan keçməlidirlər. Yəni, say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olsa daha yaxşı olar”./sfera/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*