Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb.
KONKRET.az bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır.
2023-cü ildə isə vəziyyət bir qədər fərqli olub. Belə ki, həmin il 1.4 milyondan bir qədər artıq sabit şəbəkə telefonları istifadəçisi olub. Onlardan 1.3 milyonu mənzillərdə olan sabit şəbəkə telefonları olub.
Beləliklə, bir il ərzində 230 minə yaxın insan ev telefonlarından imtina edib.

Aztelekom hələ də köhnə sovet rejimində çalışdıqi ücün öz işcilərinə ortalama, 400-450 m. M
maaş verir. Nə o vaxtkı dövrdə ev telefonları normal işləyib, nədə indi verdikləri internet qane edir.
Çünki Aztelekom gəlib hamıya məcburi deyirki internetdə bizdən olmalıdır başqa privayder olmaz bizdə məsələn Ailə Tv olduğundan dedilərki ya Aztelekoma qoşul yadaki telefonu kəsirik bizdə ev telefonunu ləğv elədik 2 il olar
Doğrudur, çox insan buna görə ləğv edib
Bu ne yanasmadi onuda bilmirik ele bil millet mecburduki mutleq interneti olsun. Bir evde internet iwleden yoxdusa neyine lazimdir internet ev telefonun isledilmesine gore seni mecbur edirki 27 manatliq internet gotur yadaki 110 manat pul ode ev telefonu islesin. O uzdende telefonu legv eledim bacimgilde.