Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır – Daha biri sürücüdən ETİRAZ / VİDEObackend

Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır - Daha biri sürücüdən ETİRAZ / VİDEO

Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin  olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.

KONKRET.az belə sürücülərdən birinin sosial şəbəkə vasitəsilə etdiyi etirazı təqdim edir.

Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrinin olmamasından şikayətlənir.

O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.

  • Mais
    İyun 8, 2024 - 13:36

    Ucuz ətin şorbası olmaz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*