Azərbaycanda COVID-19 xəstələrinin qabları küçəyə atılıb? – VİDEO – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Azərbaycanda COVID-19 xəstələrinin qabları küçəyə atılıb? - VİDEO - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

 16:59 

Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında maraqlı hadisə baş verib.

KONKRET.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.

Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.

***

KONKRET.az xəbər verir ki, modern.az məsələni dəqiqləşdirmək üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

İcra Hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova görüntülərin həqiqəti əks etdirmədiyini deyib:

“Bəlkə də yayılan görüntülər montajdır. Çünki xəstələrin istifadə etdiyi ləvazimatlar xüsusi tullantı yerinə xüsusi işçilər vasitəsilə göndərilir. Yəni mümkün deyil ki, həmin əşyalar çölə-bayıra atılsın”.

Qeyd edək ki, koronavirusun əşya üzərində yaşama müddəti bir neçə saatdır və həqiqətən də bu əşyalar necə gəldi ətrafa boşaldılarsa, real təhlükə yarada bilər.

  • KƏMALƏ
    İyun 29, 2020 - 17:04

    Xəsdəlik də yaylirda günü günən coxalir .Azalmağdansa coxalir .Hər sey özümüzdən aslidir özümüz riyayət etməliyik təsuffki emel etmirik .Allah özü köməyimizdə dursun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*