Azərbaycanda evdən 44 min manatlıq oğurluq edildibackend

Azərbaycanda evdən 44 min manatlıq oğurluq edildi

Fevralın 25-də Qax rayonu, Almalı kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 17 min dollar (təxminən 28 min 900 manat) və 10 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) KONKRET.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Sözügedən şəxslər Şəki rayon sakinləri Ş.Balıyev və əvvəllər məhkum olunmuş N.Abdulkərimovdur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*