M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni qurum – Mətbuat xidməti yaradılıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, jurnalist Elnur Hidayətoğlu Mətbuat xidmətinin rəhbəri təyin olunub.

E.Hidayətoğlu faktı təsdiqləyib. Bildirib ki, quruma daha bir jurnalist – Hicran Əlişqızı da təyinat alıb. H.Əlişqızı Mətbuat xidmətinin mütəxəssisi vəzifəsində işləyəcək.
E.Hidayətoğlu bu vəzifəyə qədər Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat şöbəsinin rəhbəri olub.
