Azərbaycanda məhkəmə hakimlərinin neçə faizi QADINDIR?backend

Azərbaycanda məhkəmə hakimlərinin neçə faizi QADINDIR?

Azərbaycanda 2023-cü ildə qadın hakimlərin sayı çoxalıb. Amma qadın hakimlərin sayı kişi həmkarlarından 3 dəfə azdır. 

KONKRET.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 139 qadın, 462 kişi hakim olub. Bu isə o deməkdir ki, qadınlar hakimlərin sadəcə 22 faizini təşkil edir.

Qeyd edək ki, Azərbaycanda qadın nazir və icra başçısı yoxdur.

Həmçinin, 2023-cü ildə cəmi 6 qadın nazir müavini vəzifəsində, 2 qadın Dövlət Komitəsi sədri, 3 qadın sədr müavini vəzifələrində fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*