Azərbaycanda “mü” ştamına yoluxma qeydə alınıb? – ÜST-dən AÇIQLAMAbackend

Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınıb? - ÜST-dən AÇIQLAMA

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, “mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “mü” ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*