Azərbaycanda orta məktəbin binası uçdu – VİDEObackend

Azərbaycanda orta məktəbin binası uçdu - VİDEO

Bərdənin Mehdili kəndindəki qəzalı vəziyyətdə olan məktəb binası uçub.

KONKRET.az-ın”Xəzər Xəbər”ə istinadən məlumatına görə, bina uçan zaman məktəblilər böyük həyəcan yaşayıblar.

Məktəbdə dərslər dayandırılıb.

Sakinlər bildirirlər ki, məktəb binası 3 gündür hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

Binanın uçması zamanı məktəblilər böyük həyəcan yaşayıblar.

Kənd məktəbi uçduqdan sonra aidiyyəti qurumlar əraziyə baxış keçiriblər. Məktəbdə dərslər dayandırılıb.

Məsələ ilə bağlı Bərdə Rayon Təhsil Şöbəsindən bildirilib ki, 200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq. Şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.

Valideynlər isə yaxşı şəraiti olan məktəb istəyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*