backend

Azərbaycanda pensiya alan ən çox qadınlardı, yoxsa kişilər?

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir.

KONKRET.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Onlardan 57 faizi (763 260 nəfər) qadın, 43 faizi (587 420 nəfər) kişidir.

O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*